• 24 Noyabr 2024 05:42

Tehran universitetində etirazlar başladı 

Tehran Universitetinin tələbələri Sosial Elmlər fakültəsinin bir neçə tələbəsinin təhsilinə qadağa qoyulmasına etiraz ediblər. 

 

Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.

Etirazçılar yaydıqları bəyanatda tələbələrin universitetdən qovulmalarını ədalət prinsipləri və tələbə hüquqlarının pozulması kimi dəyərləndirib, bunun davam edəcəyi təqdirdə daha geniş aksiyalara başlayacaqlarını bildiriblər.

 

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkianın qovulan müəllim və tələbələrin işə və təhsilə bərpa edilmələri ilə bağlı göstərişindən sonra da bir neçə tələbə təhsil ocaqlarından qovulub.

Tacxeber.com

Oxşar xəbərlər