Gürcüstan və Azərbaycan Əfqan Muxtarlıya təzminat ödəyəcək.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Əfqan Muxtarlı Azərbaycan və Gürcüstana qarşı” işində qərar qəbul edib.
Qərara görə, ərizəçiyə Gürcüstan hökuməti 10 min, Azərbaycan hökuməti isə 6 min avro mənəvi zərər əvəzi ödəməlidir.
Adı çəkilən işdə ərizəçi, jurnalist Əfqan Muxtarlının 2017-ci ildə müvəqqəti yaşadığı Gürcüstandan oğurlanıb, Azərbaycana gətirilməsi, pis rəftara məruz qalması, daha sonra həbs edilməsi, məhkəməyə qədər həbsdə tutulmasının qanunsuzluğu iddiaları ilə bağlıdır.
Ərizəçi iddia edib ki, məruz qaldığı bütün hərəkətlər onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyıb.
AİHM qərarında Gürcüstan dövlətinin ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (pis rəftar) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin (jurnalistin qaçırılması, pis rəftara məruz qalması, qanunsuz Azərbaycana verilməsi ilə bağlı səmərəli araşdırmanın aparılmaması səbəbindən) pozulmasına qərar verib.