• 24 Noyabr 2024 04:57

Nazirə məxsus olduğu deyilən şirkətlə dövlət qurumu arasında qalmaqal

Tütün məhsulları istehsal edən “European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.

 

Tacxeber.com Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsidir.

 

Məhkəmə çəkişməsi icarə müqaviləsi üzrə mübahisələrlə bağlıdır. İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

European Tobacco-Baku” ASC 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 44 635 220 manatdır. Şirkətin qanuni təmsilçisi Səfərov Zaur Məhəmməd oğludur.

 

2017-ci ildən 2019-cu ilədək şirkəti keçmiş deputat Rüfət Quliyev idarə edib. Bu baxımdan, “European Tobacco-Baku” ASC Rüfət Quliyevin şirkəti kimi tanınır.

 

Əslində isə şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olması barədə iddialar da var. Kəmaləddin Heydərovun biznesi haqqında mediada tirajlanan yazılarda da “European Tobacco-Baku” ASC-nin adı keçir.

 

Qarşı tərəf indiyədək bu iddiaları təkzib etməyib.

Tacxeber.com

Oxşar xəbərlər