Şikayətlərin olduğu dairələrdə qalib olan namizədlər – SİYAHI
Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına bir sıra müraciət və şikayətlər daxil olub. MSK-nın sentyabrın 5-də keçirilən iclasında həmin müraciətlərə baxılıb.
Qeyd edək ki, MSK-ya müraciətlər 12 seçki dairəsindən gəlib. 10 saylı Binəqədi üçüncü, 15 saylı Nəsimi, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbael (7, 8, 9, 10 saylı məntəqə), 24 saylı Nizami birinci, 71 saylı Cəlilabad şəhər, 72 saylı Cəlilabad kənd, 73 saylı Masallı-Cəlilabad, 78 saylı Lənkəran kənd, 94 saylı Ucar, 97 saylı Tərtər-Ağdərə-Goranboy və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrinə daxil olan şikayətlər bəzi məntəqələrdə iddia olunan qanun pozuntuları ilə bağlı olub.