Yaponiyada heyrətamiz xidmət: Yaşlı insanlar icarəyə verilir
Yaşlı nəslə hörmətli münasibəti ilə tanınan Yaponiyada qeyri-adi bir xidmət yaranıb. Belə ki, artıq turistlər və yerli sakinlər birgə vaxt keçirmək üçün təqaüdçüləri icarəyə götürə bilirlər.
Tacxeber.com-ın “Sliva/İrkutsk” “Telegram” kanalına istinadla verdiyi məlumata görə, “Ossan Rental” adlanan yeni xidmət ölkədə sürətlə populyarlıq qazanır.
Elanda deyilir ki, saatda ¥1000 (təxminən 12 manat) ödəniş müqabilində zəngin həyat təcrübəsinə malik bir yoldaş əldə etmək mümkündür.
“Yaşlı insanlar balıq tutmaq, alış-veriş etmək və ya məşq etmək üçün məmnuniyyətlə yoldaşlıq edəcək, müdrikliklərini və həyat hekayələrini bölüşəcəklər” , – deyə elanda vurğulanır.