Zelenski ABŞ-dan GÖRÜN NƏ İSTƏDİ?
Zelenski Almaniyadakı ABŞ-ın Ramşteyn bazasında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən 24-cü Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında iştirak edib.
Tacxeber.com xəbər verir ki, iclasın açılışında çıxış edən Zelenski bildirib ki, Ukraynanın minimum miqdarda silaha malik olduğu məlumdur.
Əsgərlərin kifayət qədər silaha sahib olmasının və Ukraynaya verilməsi planlaşdırılan yardımın sürətlə çatdırılmasının vacibliyinə işarə edən Zelenski bildirib ki, elan edilmiş hər bir yardım paketi dərhal həyata keçirilməlidir. O, Donesk bölgəsindəki münaqişələrin bundan asılı olduğunu vurğulayıb. V.Zelenski həmçinin, Ukraynada özləri üçün daha çox silah istehsal etməyə hazır olduqlarını və bunun üçün pula ehtiyacları olduğunu bildirib.