• 22 Noyabr 2024 22:49

“Qanun qarşısında cavab versinlər” – Ayağı amputasiya olunan aktyor – VİDEO

Bir neçə gün əvvəl aktyor Əlvan Fərmanoğlunun ayağı amputasiya edilib. Sosial şəbəkələrdə yayılan məlumatda iddia edilib ki, hadisə “Məlhəm” Beynəlxalq Hospitalın həkimlərinin səhlənkarlığına görə baş verib.

 

Tacxeber.com xəbər verir ki, “Unikal”a hadisənin təfərrüatlarını öyrənmək üçün aktyor Əlvan Fərmanoğludan açıqlama alıb:

“Ayaqlarıma stend qoymaq lazım idi, çünki yeriyə bilmirdim. Bu məqsədlə “Məlhəm” hospitalda işləyən İlqar Hüseynov həkimə müraciət etdim. Kağızlarıma baxdıqdan sonra “bu mənlikdir” dedi və iyulun 6-sı ayağımı doppler etdi. Birinci dəfə doppler edəndə ağrı hiss etmədim. Ayın 18-i ikinci dəfə mənə təkrar gələcəyimi bildirdi. İyulun 18-i növbəti dəfə getdim. Birinci doppleri 58 dəqiqəyə etmişdi, 2-ci dəfə isə prosedur 2 saat 20 dəqiqə çəkdi. Orada ən azı 1 gün qalmalı idim. Əksinə, həmin gün dedi ki, evə gedə bilərsən. Evə gəldikdən sonra gördüm ki, artıq gəzə bilmirəm, ayaqlarım da ağrıyır. Sabahsı gün yenidən İlqar həkimin yanına getdim. Bildirdi ki, qanaxma baş verir, narahat olma, mən onu sarıyacam. Ayağımı qalın rezinlərlə sarıdı və dedi ki, 3 gün açma. 3 gün ayağım sarıqlı qaldıqdan sonra gördüm ki, ayağım artıq qaralıb, ağrısı məni öldürür. Yenidən İlqar həkimin yanına getdim. Mənə bildirdi ki, “Narahat olma, heç nə olmayıb”. Amma ayağımın qaralığından qanqrena olduğu bəlli idi, lakin o bunu təkzib edirdi. Bir dənə iynə vurub məni evə buraxdı. Özü də aradan çıxdı. 2 gün ağrıdan öldüm, sonda mən qardaşım uşaqlarından məni Göyçaya aparmalarını istədim, burada ölmək istəmirdim. Çünki ayağımda artıq çürümə hiss edirdim. Bir gecə orada qaldıqdan sonra məni Göyçay xəstəxanasına apardılar. Orada Famil doktor ayağıma baxandan sonra bildirdi ki, məni təcili Topçubaşov klinikasına çatdırsınlar. Orada dedilər ki, ayağım artıq amputasiya olunmalıdır. Müəyyən hissəsini saxlayıb amputasiya etdilər. Burada doktor İlqar Namazov məni müalicə etdi. İstəyirəm ki, məni bu hala salan, mənə vurulan bu ziyana görə səbəbkarlar qanun qarşısında cavab versinlər”.

 

Aktyor Əlvan Abdullayevin qardaşı oğlu Nicat Abdullayev “Unikal”a “Məlhəm” klinikasında edilən açıqlamaların tamamilə yalan və əsassız olduğunu bildirib.

O, açıqlamasında ötən həftənin 5-ci günü ümumiyyətlə “Məlhəm” klinikasında olmadıqlarını, yalnız bu gün “Məlhəm” klinikasının həkimi İlqar Hüseynovla (anju-KT) adlanan protokola görə görüşdüklərini və protokolu tələb etdiklərini bildirib.

 

Həmçinin, aktyorun qardaşı oğlu ”Məlhəm” klinikasının icraçı direktoru Sevda Əlizadənin Əlvan Fərmanoğlunun qardaşı oğlunun həkimin dediyinə görə ondan 40 000 manat pul tələb etdiyi ilə bağlı iddialarının birmənalı şəkildə yalan olduğunu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər