Tahir Kərimlidən Pənah Hüseynə cavab: “Namizədliyimi irəli sürməmək barədə təzyiq olmayıb”
VI çağırış Milli Məclisin deputatı, Vəhdət Patiyasının sədri Tahir Kərimli Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin “Azad söz” kanalına verdiyi müsahibə zamanı onun haqqında səsləndirdiyi iddialara münasibət bildirib.
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, P.Hüseynlə sonuncu görüşü bir neçə ay əvvəl siyasi partiyaların birgə iclası zamanı olub.