• 22 Dekabr 2024 10:21

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün saxlanılıb

 

Bakıda həbs edilən tanınmış karate müəllimi Tərlan Cavadovun nədə ittiham edildiyi məlum olub.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, o, yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə şübhəli bilinir.

 

Zərərçəkmişin onun yetirməsidir. Azyaşlının valideynlərindən Yasamal Rayon Polis İdarəsinə müraciət daxil olub.

 

T.Cavadova Cinayət Məcəlləsinin 152-ci (altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Yasamal Rayon Məhkəməsi tərəfindən karate müəllimi barəsində həbs qətimkan tədbiri seçilib.

 

T.Cavadov uzun illərdir karate üzrə yetirmələr hazırlayır.

Tacxeber.com

Oxşar xəbərlər