Tramp Ukrayna müharibəsini necə dayandıracağını açıqladı
Neftin bir barreli 40 dollara başa gələcəksə, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməyəcək.
Tacxeber.com xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.
“Görəcəyim işlərdən biri odur ki, qalib gəlsək, vəzifəyə başlamazdan əvvəl prezident seçiləndə bu müharibəni həll edə biləcəyimə inanıram. Mən bu müharibəni həll edib dayandıra bilərəm, çünki bu, dəhşətli müharibədir. Və Ukraynada daha çox insan ölür – təsəvvür etdiyinizdən də çox insan”, – Tramp bildirib.
O qeyd edib ki, Putinin müharibəsi neftin bir barreli 100 dollar olanda gedir, barreli 40 dollar olsa, müharibə dayanacaq.