Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
“Omeqa-3” yağ turşuları ilə zəngin balıqları daha çox yeyən qadınların autizmli uşaq dünyaya gətirmə ehtimalı daha azdır.
Tacxeber.com“Report”a istinadən xəbər verir ki, alimlər təxminən dörd min qadının məlumatlarını təhlil ediblər. Onlar hamiləlik dövründə balıq yeyən və ya ümumiyyətlə balıq yeməyən xəstələri müqayisə ediblər.
Anaları hamiləlik dövründə daha çox balıq yeyən uşaqlarda autizm və ya autizm spektri pozğunluğu diaqnozu qoyulma ehtimalı daha azdır.