• 22 Noyabr 2024 11:12

Müharibədən qorxmağa başladılar – “Rusiya dağılsa…”

 

ABŞ Prezidenti Co Baydenin Ukraynaya tam hərbi yardım göstərməməsinin səbəblərindən biri Rusiyanın dağılmasından qorxmasıdır.

 

Bu barədə Ukraynanın “Dzerkalo Tijnya” portalı mənbələrə istinadla yazır.

“Bayden çoxdan Ukraynanı döyüş meydanındakı vəziyyəti strateji cəhətdən yaxşılaşdırmaq üçün lazım olan silahlarla təmin edə bilərdi, amma Ağ Ev ardıcıl olaraq buna yaxın durmadı”, – nəşr qeyd edir.

 

Mənbələrə görə, Vaşinqton bir neçə hərbi-texniki və siyasi motivləri rəhbər tutur. Eyni zamanda vurğulanır ki, müharibənin NATO ölkələrinin ərazisinə qədər genişlənməsi riski və ya nüvə təhlükəsi əsas deyil.

 

Portala görə, ABŞ-ı ehtiyatlı olmağa aşağıdakı motivlər sövq edir:

“Siyasətçilər və ABŞ hərbçiləri ehtiyat edirlər ki, Ukraynaya həddindən artıq avadanlıq və sursatın ötürülməsi Pentaqonun ehtiyatlarını tükədə bilər, bu durumda ABŞ dünyanın digər bölgələrində, məsələn, Hind-Sakit okean regionu və ya Yaxın Şərqdə münaqişələrə hazırlıqlı olmayacaq;

 

ABŞ-ın siyasi ənənəsinə görə, prezident seçkilərindən əvvəl gələcək dövlət başçısının “əlini bağlaya” biləcək qərarlar qəbul edilmir;

Vaşinqton hələ də 2022-ci il strategiyasına sadiqdir, ona görə, müharibə yalnız Ukrayna ərazisində davam etməlidir;

 

Bayden administrasiyası Ukraynanın qələbəsi nəticəsində Rusiyanın mümkün süqutundan qorxur, xüsusən də Vaşinqtonda vaxtilə Rusiyanın ilhaq etdiyi ərazilərin Çinə qaytarılmasına imkan vermək istəmirlər”.

Nəşr əlavə edir ki, Bayden SSRİ-nin güclü rəqib olduğu 1970-ci illərdə ABŞ-ın qıcıqlandırmamağa çalışdığı Moskva haqda formalaşmış baxışa sadiqdir.

 

Müəllif: Mənsur Rəğbətoğlu

Tacxeber.com

Oxşar xəbərlər