“Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır” – ISW
“Kreml məmurları Hindistan və Braziliya ilə sıx əlaqələr saxlayır…”
Kreml, ehtimal ki, Ukraynaya qarşı müharibədə sülh üzrə beynəlxalq vasitəçilik səylərini formalaşdırmağa cəhd göstərir.
Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Bu zaman Rusiya tərəfi ukraynalılarla ədalətli danışıqlarda iştirak etmək istəyinin olmadığını nümayiş etdirir.
Hesabatda deyilir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Səudiyyə Ərəbistanında Rusiya və Fars körgəzi ölkələri Şurasının iclası çərçivəsində sentyabrın 9-da Braziliya xarici işlər naziri Mauro Viyeyra və Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankarla görüşüb, öz həmkarları ilə Ukrayna müharibəsini müzakirə edib, detallar açıqlanmır.
Braziliya və Çin may ayından özlərinin altı bənddən ibarət “Ukrayna böhranının siyasi nizamlanması” planını irəliyə aparır, bu planın həlledici prinsipləri Rusiya üçün əlverişlidir.
Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda Kiyevə gəlib və Hindistanın Ukraynada dövlətlərin ərazi bütövlüyü və suverenliyi də daxil olmaqla beynəlxalq hüquq prinsipləri əsasında sülhə dəstəyini rəsmən təsdiq edib.
Eyni zamanda, Lavrov Kremlin şablon narrativlərini təkrarlayıb, bu da Rusiyanın Ukrayna ilə ədalətli danışıqlar aparmaq istəyinin olmadığını nümayiş etdirir, iddia edir ki, Ukraynanın “Sülh düsturu”, guya, “ultimatum” deməkdir. Onun sözlərinə görə, Rusiya heç vaxt bu plana ciddi yanaşmayıb.