Eynşteynin məktubu 4 milyon dollara satıldı-FOTO
Müasir nəzəri fizikanın banisi Albert Eynşteynin ABŞ-nin 32-ci Prezidenti Franklin Ruzveltə (1933-1945) yazdığı məktub çərşənbə axşamı “Christie’s” hərracında 3,992 milyon dollara satılıb.
Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.
Sənədin təxmini dəyəri 4-6 milyon dollar olub.
2 avqust 1939-cu il tarixli məktubunda fizik nasist Almaniyasının nüvə proqramı ilə bağlı gördüyü işləri təsvir edir və bu elmi araşdırmanın nüvə bombasının yaradılmasına gətirib çıxara biləcəyini qeyd edir.