Kişilər arasında son illərin TRENDİ – Saç əkimi hansı fəsadlara səbəb olur?
Saç tökülməsi son illərin ciddi problemlərindən biridir. Xüsusilə, kişilərin böyük hissəsində 20 yaşdan etibarən saç tökülməsi müşahidə edilir. Buna görə də onların arasında saç əkimi proseduruna daha çox tələbat artıb.
Ancaq saç əkiminin fəsadlarının olub-olmamasıyla bağlı qərarsız qalanlar da var. Bəzi mütəxəssislər düşünürlər ki, saç əkimi zamanı dəriyə infeksiya düşə bilər, bəziləri isə deyirlər ki, saç əkiminin hər hansı bir riski yoxdur.
Bəs əslində necədir? Saç əkimi fəsadlar yarada bilər?
Tacxeber.com xəbər verir ki, Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, saç əkdirmək orqan nəqlinin növlərindən biridir.
“Saç tökülməsi genetik faktorlarla, yağlı seboreya, bədəndə bəzi vitaminlərin çatışmamasıyla və s səbəblərlə bağlı olur. Saç əkdirməyin orqanizmə hər hansı bir ziyanı yoxdur. Bu, saçın bir yerdən, əsasən, arxa hissədən önə köçürülməsidir. Çünki keçəlləşmə öndən başlayır, alın və təpədə baş verir. Əgər saçın tökülməsi mineral, hormonal çatışmazlıqlarla bağlıdırsa, bunlar bərpa olunur, ancaq genetikdirsə, saç əkdirmə əməliyyatına müraciət etmək olar”.
Bəs saç əkdirmək dəridə infeksiyaların yaranmasına səbəb ola bilər?