“Proseslər çox sürətlə cərəyan edir. Dəyişikliklər hələ qabaqdadır”
Bu günə ABŞ-da prezidentliyə namizədlər arasında ilk debat oldu (Bayden-Trump debatını çıxmaq şərtilə). Bu debatın yalnız ABŞ üçün deyil, o cümlədən də bütün dünya üçün önəmi var. Demokratiya tərəfdarları Harrisin, avtoritarlar və diktatorlar Trumpın qalib gəlməsini səbirsizliklə gözləyirdi. O cümlədən də Azərbaycan, Gürcüstan, Rusiya, Belarus və digər ölkələrin, “avtoritarlar klubu”na daxil olan avtoritar rəhbərliyi.
Trump bütün avtoritarlar kimi adi bir populist olduğunu bir daha nümayiş etdirdi. Populizm hər zaman primitivdir və Trump da primitiv və yalançı olduğunu göstərdi.
Bu il Gürcüstanda və ABŞ-da keçiriləcək seçkilər, ABŞ-ın və Qərb ölkələrinin Ukraynaya Rusiyanın ərazisini orta və uzaq mənzilli balistik raketlərlə vurmasına icazə verməsi nəticəsində yaranacaq yeni durum bizim bölgəyə və ölkəmizdəki vəziyyətə təsir edəcək.