Putin Türkiyəyə səfər üçün qeyri-adi şərti – Şok iddia
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gedərkən təyyarəsinin qırıcılarla müşayiət olunmasını istəyir.
Bu barədə “Middle East Eye” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin Ukraynanın onun təyyarəsinə uçuş marşrutu boyunca hücum edə biləcəyi ehtimalından ehtiyat edərək, Rusiya döyüş təyyarələrinin mühafizəsi altında Türkiyəyə uçmaq istəyir. Məhz bu səbəbdən Rusiya prezidentinin Ankaraya səfəri gecikir.
Nəşrin qeyd etdiyi kimi, Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər.