Qubad İbadoğlu Fazil Qasımova müraciət ünvanlayıb.
Fazil Qasımovun qardaşı Nazim Qasımov vəkil Bəhruz Bayramovla birlikdə professor Qubad İbadoğlu ilə görüşüblər.
Tacxeber.com xəbər verir ki, Qubad İbadoğlu Fazil Qasımova müraciət ünvanlayıb və az əvvəl vəkil Bəhruz Bayramov həmin müraciəti “Müdafiə Xətti”nə də göndərib.
Müraciəti olduğu kimi təqdim edirik:
“Əzizim Fazil,
Sənin halın məni çox məyus və pərişan edir, sənə görə narahatlığım günü-gündən artır. Səndən gözlədiklərimin hamısını etdin və mənim səndən üzrxahlıq gözləntim yoxdur. Başımıza gətiriənlərə görə səndən və məndən üzr istənilənilməlidir. Açıqladığın situasiyada baş verənlər başa düşüləndir, onları anlayışla qarşılayıram.