• 20 Sentyabr 2024 17:28

“Ukrayna Rusiya ilə müharibədə “B” planı haqqında düşünməyə məcbur edilir” – WSJ

“Qərb rəsmiləri Ukrayna hakimiyyətindən ən azı gələn il üçün Rusiya ilə müharibədə real hədəflər formalaşdırmasını istəyirlər”.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məqaləsi “Ukrayna Rusiya ilə müharibədə “B” planı haqqında düşünməyə məcbur edilir” başlığı ilə dərc edilib.

 

Bildirilir ki, Qərb ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin məqsədini – Rusiya qoşunlarını ölkənin bütün ərazisindən sıxışdırıb çıxarmaq məqsədini dəstəkləməkdə davam edir:

“Lakin Rusiya qüvvələrinin cəbhədə ləng irəliləməsi və Qərb ölkələrində Ukraynaya ictimai dəstəyin azalması fonunda bəzi avropalı diplomatlar hesab edirlər ki, Kiyev müharibə üçün daha real hədəflər formalaşdırmalıdır. Bu, Qərb rəsmilərinə öz seçicilərinə nə üçün Ukraynaya yardımı davam etdirməli olduqlarını izah etməyə kömək edə bilər.

 

Son iki həftə ərzində bir neçə yüksək səviyyəli Amerika və Avropa rəsmisi Kiyevə səfər edib. Sentyabrın 11-də ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Ukraynaya gediblər”.

 

Nəşrin mənbələrinin bildirdiyinə görə, onlar Ukrayna rəsmiləri ilə Ukrayna üçün hansı qələbənin olacağını və bunun üçün hansı köməyə ehtiyacı olacağını müzakirə etmək niyyətindədirlər.

 

Ağ Ev səfər ərəfəsində Blinkenin səfərinin Ukraynanı danışıqlara məcbur etmək məqsədi daşımadığını vurğulayıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər