“BakıKart” tətbiqindəki pullar geri qaytarılacaq? – RƏSMİ CAVAB
Artıq 1 aydan çoxdur ki, “BakıKart”ın mobil tətbiqində yaranan nasazlıq aradan qaldırılmayıb. Vətəndaşlar hesablarında olan pulların silinməsi ilə bağlı narahatlıq keçirirlər.
Tacxeber.com xəbər verir ki, Baku.ws bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanlayıb. Qurumun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, nasazlığın aradan qaldırılması ilə bağlı prosesin davam edir:
“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.