Paşinyan: Müharibədən sonra xeyli sayda silah-sursat yoxa çıxıb
Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə yoxa çıxıb.
Tacxeber.com xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bu məsələ dəfələrlə Təhlükəsizlik Şurasının iclasında qaldırılıb.
Paşinyan əlavə edib ki, istifadə olunan üsul müasir çağırışlara cavab vermədiyi üçün ölkənin daxili işlər nazirinə həmin silahların tapılması metodikasını dəyişməklə bağlı göstəriş verib.