Ukrayna rusların nüvə təyyarələri aerodromuna hücum etdi
Rusiyada Murmansk və Apatiti hava limanları pilotsuz təyyarələrin hücum təhlükəsi səbəbindən müvəqqəti bağlanıb.
Tacxeber.com xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı bildirib.
Regionda “Xalça” planı elan edilib.
Teleqram kanalının məlumatına görə, Murmansk vilayətinə Arxangelsk vilayətindən 3 Ukrayna PUA-sı daxil olub. Pilotsuz təyyarələrin hədəfi Olenya hərbi aerodromu ola bilərdi. Hava hücumundan müdafiə qüvvələri iki OUA-nı məhv edib.
Bundan əvvəl Rusiya Federal Hava Nəqliyyatı Agentliyi uçuşların təhlükəsizliyini təmin etmək üçün saat 9:35-dən Murmansk və Apatitı hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
“Silahlı Qüvvələrin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür. Bu, əsas prioritetdir”, – deyə qurumun məlumatında deyilir.
Bir gün əvvəl qubernator Andrey Çibis Murmansk vilayətinə pilotsuz uçan aparatla hücum edildiyini açıqlamışdı.
“Sizdən xahiş edirəm ki, tətbiq etməli olduğumuz müvəqqəti məhdudiyyətlər barədə anlayışlı olasınız. Təhlükəsizliyi yaxşılaşdırmaq üçün bütün lazımi tədbirlər görülür və hava hücumundan müdafiə qüvvələri düşmənin pilotsuz təyyarələrini məhv etməyə çalışır”, – Çibis Telegram kanalında yayımladığı videomüraciətdə bildirmişdi.
Onun sözlərinə görə, sentyabrın 11-də hava hücumundan müdafiə qüvvələri regionun səmasında üç pilotsuz uçuş aparatını vurub. Pilotsuz təyyarələrin hücumuna görə Federal Hava Nəqliyyatı Agentliyi Murmansk və Apatitı hava limanlarını bağlamaq məcburiyyətində qalıb.