• 23 Noyabr 2024 03:27

Azərbaycanda distant təhsil – Bu formanın tətbiqi necə qarşılanar?

Azərbaycanda distant təhsil – Bu formanın tətbiqi necə qarşılanar?

“Distant təhsil formasının Azərbaycanda tətbiqini müsbət qarşılamaq olar”.

 

Tacxeber.com xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında distant təhsil formasının Azərbaycanda tətbiqinin mümkünlüyü barədə danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

Onun əlavə edib ki, Azərbaycanda təhsilin əyani, qiyabi və distant formaları var.

“Azərbaycan Respublikası Qanunvericiliyində, Təhsil hqqında qanunda distant təhsil forması əslində özünü tapıb. Lakin tətbiqi hələ də həyata keçirilmir. Ümumiyyətlə, onlayn dediyimiz distant təhsil xarici ölkələrdə geniş yayılıb”, – deyə qeyd edib.

 

R.Fikrətoğlunun sözlərinə görə, hətta azərbaycanlı gənclər var ki, Türkiyə, Ukrayna, Rusiya və bir çox xarici ölkədə onlayn təhsil alırlar.

“Amma onların diplomun tanınmasında da müəyyən problemlər yaşayırlar. Çünki Elm və Təhsil Nazirliyinin Təhsildə Təminat və Keyfiyyət Agentliyi açıq-aşkar deyir ki, hələ ki bu formanı tanımırıq. Azərbaycanın ali təhsil müəssisələrinə gəldikdə isə pandemiya dövründə bu təhsil formasında istifadə etdik. Bu bizim üçün ilk təcrübə idi və hazırlıq olaraq bizi hazırlıqsız yaxaladı. Düzdür, əvvəlki dövrdə müyyən problemlər yaşansa da, daha sonradan tələbələr buna öyrəşməyə başladı. Əslində, gələcəkdə ölkəmizdə distant təhsil modelinin tətbiq olunmasının tərəfdarıyam. Bu istiqamətdə xüsusi proqram hazırlana, müəyyən işlər görülə bilər. Distant təhsil formasının Azərbaycanda tətbiqini müsbət qarşılamaq olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər