• 23 Noyabr 2024 15:10

Bu insanlar üçün valerian təhlükəlidir

 

Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

 

Tacxeber.com kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edir.

 

– Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

 

– Yüksək təzyiq xəstələri müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyaq olur və yuxusuzluq baş verir

 

– Qaraciyər, böyrək, enterokolit, nefrit xəstəliklərində olmaz

 

– Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır.

 

– Allergiyası olanlara

 

– Hamilə qadınlara

 

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

 

Yaşlı və xəstə insanları hətta komaya sala bilər

Tacxeber.com

Oxşar xəbərlər