Tramp Harrislə növbəti debatdan imtina etdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, o, Demokratlar Partiyasının namizədi Kamala Harrislə növbəti seçki debatına qatılmaq fikrində deyil.
Tacxeber.com xəbər verir ki, o, “Truth Social” hesabında yazıb:
“Bir boksçu döyüşdə uduzanda ilk dediyi sözlər bu olur: “Mən cavab görüşü istəyirəm. Sorğular açıq şəkildə göstərir ki, mən Çərşənbə axşamı gecə sol təmayüllü demokratik namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal debatların ikinci turunu tələb etdi. Kəmalə son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”.