İran kosmosa raket BURAXDI – ANBAAN VİDEO
Sentyabrın 14-də İranın “Çamran-1” tədqiqat peyki “Qaem-100” daşıyıcı aparatı vasitəsilə kosmosa buraxılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, peykin əsas vəzifəsi orbital manevr texnologiyasını yoxlamaq üçün aparat və proqram təminatı sistemlərinin sınaqdan keçirilməsidir.
Qeyd edilib ki, “Qaem-100” SEPAH Aerokosmik Qüvvələri tərəfindən hazırlanıb və 80 kq-a qədər çəkisi olan peykləri Yer səthindən 750 km hündürlüyə çıxarmağa qadir olan bərk yanacaq mühərrikinə malik üç mərhələli raketdir.