Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni “sürprizini” hazırlayır
“Pandemiya başlayandan bəri koronavirusun antigen portreti çox dəyişib”.
Tacxeber.com Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fundamental və Translasiya Tibbi Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.
“Əgər əhalinin əsas kütləsinin keçirdiyi xəstəliyi (ilkin variant, delta, omikronun ilk variantları) nəzərə alsaq, son iki ildən bir az artıq müddətdə o qədər mutasiya baş verib ki, virusun antigen portreti əvvəlkindən xeyli fərqlənir. Yeni variantlar, həmçinin bundan əvvəl vaksinasiya və ya xəstəliyi keçirməklə əldə edilmiş immunitetdən qaçma qabiliyyətinə malikdir”, – deyə virusoloq bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində baş verən əsas dəyişiklik koronavirusun daha az patogen istiqamətdə dəyişməsidir.