Sərnişin pilotdan narazı qaldı, onun yerinə oturmaq istədi – VİDEO
London Gatvick hava limanından Yunanıstanın Kos beynəlxalq hava limanına gedən “EasyJet” reysinin göyərtəsində sərnişinin uçuş zamanı idarəetməni ələ keçirməyə cəhd etməsi nəticəsində insident baş verib. Görünən odur ki, sərxoş olan şəxs pilotdan narazı idi və daha yaxşı idarə edə biləcəyini iddia edərək qəzəbli halda 9000 metr hündürlükdə kabinəyə qaçıb.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Kişi pilot kabinəsinə girib təcili çıxışı açmaq istəyərkən stüardessalarla dava salıb və dərhal onu saxlamağa cəhd ediblər. Turbulentliyə tutulmuş təyyarə havaya qalxdıqdan iki saat sonra Münhen hava limanına eniş etmək məcburiyyətində qalıb.