İsrail Qəzza zolağının sakinlərini təxliyə etməyi ƏMR ETDİ
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında yerləşən Fələstinin Beyt Lahiya şəhərinin sakinləri üçün evakuasiya əmri verib.
Tacxeber.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Nəşrin məlumatına görə, əmr Beyt Lahiyadan İsrailin Aşkelon şəhərinə iki raket atıldıqdan sonra verilib. Onlardan biri vurulub, digəri dənizə düşüb.