İvanişvili biabırçılıq etdi, üzr istəməlidir.
Gürcü Arzusunun lideri Bidzina İvanişvilinin Gürcüstanın 2008-ci ilin avqust müharibəsinə görə Sxinvalidən üzr istəməsi barədə bəyanatı biabırçılıqdır.
Bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının yaydığı bəyanatda qeyd olunub.
“Bu bəyanatla Gürcü Arzusu yalnız Rusiyanın maraqlarına xidmət edir, işğal olunmuş ərazilərin tanınmaması siyasətinə və Gürcüstanın milli maraqlarına zərbə vurur”, – bəyanatda bildirilib.