Rusiyada SƏFƏRBƏRLİK qorxusu

Rus Telegram kanalları Putinin noyabr ayında səfərbərlik elan edəcəyini yazırlar.
Qərarın artıq verildiyi deyilir.
Radikal addımın ABŞ seçkilərindən dərhal sonra atılacağı təxmin edilir.
Bunu təsdiqləyən əsas arqumentlər:
Ukrayna savaşında dialoq qurmaqda iddialı olan Trampın qalib gəlmə şansının əhəmiyyətli dərəcədə azalması;
Rusların mövcud qüvvələrlə Ukrayna ordusunu Kursk vilayətindən çıxara bilməməsi;
Rusiyanın bütün ehtiyat qüvvələrini Donbas cəbhəsinDə cəmləşdirərək imkanlarının tükənməsi;
Astronomik maaşlara baxmayaraq müqavilə ilə vuruşan “kontrakçı” əsgərlərin azalması…