• 22 Noyabr 2024 23:12

“Teatrlarda bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır, çünki…”- Əməkdar artist+ÖZƏL

“Teatrlarda bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır, çünki...”- Əməkdar artist+ÖZƏL

“Dəfələrlə teatrdakı dəyişiklər barədə fikirlərimi bildirmişəm. Yenə də həmin fikrimdə qalıram. Teatr və kino sahəsi üçün ayrıca fond yaradılmalıdır. Bu fonda mənim kimi bir adam rəhbərlik etməlidir. Haqqına, ədalətlə bu fonda yığılan pulların hesabına istedadlı gəncləri oxumağa göndərmək lazımdır. Onlara şərait yaratmaq lazımdır ki, bizim teatrımız və kinomuz inkişaf etsin. Vəssalam! Bu faktdır ki, hər-hansı bir kinonun, tamaşanın edə biləcəyini heç bir siyasətçi edə bilməz. O həqiqətləri heç kim elə çatdıra bilməz. Ona görə də bu sahəyə xüsusi diqqət ayrılmalıdır”

 

Bunu Moderator.az -a açıqlamasında əməkdar artist Füzuli Hüseynov “Teatrlarda hansı dəyişikliyin tərəfdarısınız? sualına cavab olaraq deyib.

 

O daha sonra əlavə edib.

 

“Teatrlarda da bədii rəhbər, baş rejissor sistemini ləğv etmək lazımdır. Ora teatrı dərindən sevən və teatrın içində böyüyən, aktyor, rejissor ambitsiyası olmayan adam rəhbər  təyin olunmalıdır. Məsələn, Akademik Milli Dram Teatrının hazırkı direktoru kimi belə bir adam. Eləsi olmalıdır ki, içində ambitsiyası yoxdur və otursun ağıllı rejissorları dəvət etsin. Rejissorlar da bu gün dünyada o qədər maraqlı əsərlər var ki, onları səhnəyə gətirsinlər. Tamaşaçılarımızı da sevindirsinlər, ölkənin də, millətin də üzünü ağ etsinlər” deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər