İlk dərs günü məktəb direktoru məhkəməyə verildi
Yeni tədris ilinin ilk dərs günü Biləsuvar rayonu, İsmətli kənd tam orta məktəbinin direktoru Fətağa Əliyev məhkəməlik olub.
Tacxeber.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, direktorun əmək qanunvericiliyini pozması ilə bağlıdır. Belə ki, F. Əliyev işçini qanunsuz olaraq işdən çıxarmaqda ittiham olunur.
Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məktəb direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən cərimə protokolları tərtib edib.
Daha sonra protokollar baxılması üçün rayon məhkəməsinə göndərilib və iş hakim Mədinə Rəsulovanın sədrliyi ilə araşdırılacaq.