• 19 Sentyabr 2024 05:21

Putin ordunun sayını 2 milyon 389 minə qaldırdı

Prezident Vladimir Putin Silahlı Qüvvələrin ştat sayının 2 milyon 389 min nəfərə çatdırılması barədə fərman imzalayıb. 

Tacxeber.com xəbər verir ki, fərman 2024-cü il dekabrın 1-dən qüvvəyə minəcək.
Putinin  sonuncu dəfə 2023-cü ilin dekabrında  imzaladığı fərmanla ordunun sayını 170 min nəfər artıraraq 2 milyon 209 min nəfərə çatdırıb.

 

Putin  növbəti fərmanı ilə ordunun sayını 180 min nəfər artırmaqla 2 milyon 389 minə çatıdırıb.
Bununla da Putin 2023-2024-cü ildə orduda  hərbçilərin sayını  350 min nəfər artırıb.
Kreml ordudakı artımın Qərbin “proksi müharibəsi” ilə bağlı olduğunu bildirib . Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü ildə Rusiya Silahlı Qüvvələrində iki ordu və 50 yeni  hərbi birlik yaradılıb.

 Tacxeber.com

Oxşar xəbərlər