Ürək bulanması nədən xəbər verir?
Mütəxəssislər ürək bulanmasının səbəblərindən danışıblar.
Tacxeber.com oxu.az-a istinadən bildirir ki, onlar bu halın nə vaxt gözardı edilməməsi lazım olduğunu qeyd ediblər.
Beləliklə, ürək bulanmasının mümkün səbəbləri aşağıdakılardan biri ola bilər:
– Stress və narahatlıq;
– Aclıq və ya çox tez yemək (mədədə qurultu və köp);
– Susuzluq (enerji itkisi, su istəyi və baş ağrısı);
– Ac qarına dərman içmək;
– Yellənmək;
– Mədə yanması;
– Bağırsaq infeksiyası (qarın ağrısı, köp, ishal, qızdırma, qusma);
– Miqren;
– Qulaq infeksiyası (başgicəllənmə);
– Hamiləlik;
– Ürək tutması (sinə ağrısı, nəfəs darlığı, tərləmə, çiyin və ya qol, boyun və ya çənə ağrısı).