• 10 Noyabr 2024 10:53

Sərhəddə müdafiə yarıldı – Rusiya şəhərinə hücum başladı

Ukrayna ordusu Kursk vilayətində yeni strategiya həyata keçirir, məqsəd bölgədəki Rusiya qoşunlarını mühasirəyə almaqdır.

 

Bu barədə “Forbes”in analitiki Devid Eks yazır.

 

Onun sözlərinə görə, Ukrayna ordusu ötən həftə sərhəddə yerləşən Novı Şlyaç kəndi yaxınlığında Rusiyanın müdafiəsini yardıqdan sonra məqsəd tam aydın şəkildə görünməyə başlayıb.

 

Ukrayna taktiki qrupu Kurskun Vesele şəhərinə gedən yolu nəzarətə götürüb. Eksin fikrincə, bu istiqamətdə minlərlə rus hərbçisinin mühasirəyə düşmək ehtimalı var.

Analitik qeyd edir ki, coğrafi durum Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarını mühasirəyə almaq cəhdlərinə kömək edir. Xüsusən də Seym çayı sahillərinin ələ keçirilməsi irəliləyən Ukrayna qoşunlarının işinə yarayır.

 

Həmçinin, Ukrayna ordusu Seym üzərindəki bütün daimi körpüləri dağıdıb, buna görə də ruslar müvəqqəti ponton körpülərdən istifadə edirlər. Ukraynalılar pontonları da vururlar.

 

Devid Eks Ukrayna qoşunlarının Koreneve şəhərinə doğru irəlilədiyini də vurğulayır:

“Kursk bölgəsində güc balansını xeyrinə dəyişmək ukraynalılar üçün potensial uğurlara yol aça bilər. Kiyev Kurska ikitərəfli müdaxilə üçün 10 minə yaxın hərbçi ayırıb. Moskva bölgəyə 38 min hərbi qulluqçu göndərmiş ola bilər, amma onların çoxu zəif təlim keçmiş gənc çağırışçılardır”. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər