Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşdü, qadınlar xəsarət aldılar
Bakının Sabunçu rayonunda iki qadın arasında dava düşüb.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Əkrəm Cəfərov, 92 ünvanında qeydə alınıb.
Belə ki, ev sahibi 1971-ci il təvəllüdlü Familə Lətif qızı Yaqubova onun evində kirayədə yaşayan 1976-ci il təvəllüdlü Adilə Aslan qızı Aslanova ilə mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib.
Dava zamanı hər iki tərəf ağır xəsarət alıb. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.