Bakıda qalmaqallı məktəbə direktor təyin edildi
Bakıda qalmaqallı məktəbə direktor təyin edildiBakı şəhəri 112 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.
Tacxeber.com modern.az-a istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib.
O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.