• 28 Noyabr 2024 00:01

“Bu xəstəliklə barışdım, sınmadım”

“Məndə heç vaxt ağrı olmayıb. Sadəcə süd vəzimdə xırda şiş var idi. Onu əməliyyat etdirdim. Dörd dəfə kimyaterapiya etdim. Sonra isə imtina etdim. Həkim məsləhət gördü, amma mən istəmədim”.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, xərçəng xəstəliyinə tutulan müğənni Sevda Əliqızı “Xəzər axşamı” verilişində deyib. O, hazırda təbii üsullarla müalicə olunduğunu bildirib:

 

“İndi özümü təbii üsullarla müalicə edirəm. Sağlamlığıma da çox yaxşı təsir edir. Heç bir əks göstərişi də yoxdur. Üç aydan bir müayinə olunuram. Hər şey yaxşıdır.

 

Həyatdır, mən bu xəstəliklə barışdım. Heç sınmadım da. Bu xəstəliyi keçrən insanlara tövsiyyə edirəm ki, heç ruhdan düşməsinlər. özlərinə xəstə kimi baxmasınlar. Əvvəl necə yaşayırdılarsa, elə də davam etsinlər”.

 

Qeyd edək ki, süd vəzisində şiş aşkarlanan müğənni ötən il əməliyyat olunmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər