• 22 Noyabr 2024 04:50

Çox işləyənlər alkoqoliklərdən az yaşayır – Alimlər

Karyeristlər, gecə-gündüz işləyənlər və ya tətilsiz çalışanlar alkoqol içənlərdən daha çox xəstələnir və tez ölür.

 

Tacxeber.com medicina.az-a istinadən xəbər verir ki, amerikalı alimlər müəyyənləşdiriblər ki, xroniki alkoqolizmlə xroniki karyeristliyin təsirləri eynidir.

 

Elmi tədqiqatda 45-69 yaş arası 749 nəfər iştirak edib.

 

Alimlər onların həyat tərzi, işi və zərərli vərdişləri barədə təhlil aparıblar.

 

Daha sonra onların həyatı 20 il izlənilib.

 

Analizlər göstərib ki, kifayət qədər istirahət, rejim və tətilin olmaması sağlamlıq üçün ciddi təhlükədir.

 

Alimlər müəyyən ediblər ki, daim işləyən insanların ömrü alkoqol asılılığından əziyyət çəkən xroniki əyyaşlardan daha az yaşayır.

 

Daimi yorğunluq, stress ürək-damar xəstəlikləri, infarkt, insult riskini artırır.

 

İş saatından artıq 2-3 saat işləmək xroniki alkoqolizmə bərabərdir.

Tacxeber.com

Oxşar xəbərlər