İnqilab
İlon Mask və onun Neuralink şirkətinin “Blindsight” adlı cihazı yeni bir tarixi inqilaba imza atdı – Artıq Kor İnsan Qalmayacaq!
ABŞ bu cihaza “Cığır Açan” statusu verməklə “Blindsight”a yaşıl işıq yandırdı. Bu da artıq həm doğuşdan kor olanların, həm sonrada görmə qabiliyyətini itirənlərin sağlam insanlar kimi görəcəyi deməkdir.
“Pasientin görmə qabiliyyəti ilkin mərhələdə aşağı keyfiyyətdə (dumanlı – İ.N.), ancaq sonra hətta normal insandan belə daha yaxşı olacaq.; o, həm infraqırmızı, ultrabənövşəyi və hətta radar dalğa uzunluqlarında belə görəcək”, – İlon Mask belə yazır…
Bu haqda ilk dəfə 2022-nin Baharında yazmışdım.
Mənə nələr yazmadılar nələr, nə ittihamlar etdilər, elə bil bunları tutub zorla çip taxdıracaqdım. Axırda özümü saxlaya bilmədim, birinə cavab yazdım ki, çipi beyinsizlərə implant etməyəcəklər…