• 24 Noyabr 2024 04:41

“Neftçi”nin idman direktoru istefa verib

“Neftçi” ilə idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Tacxeber.com xəbər verir ki, 2023-cü ilin sentyabrından klubda çalışan Anderssonla yollar rəsmən ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb: “Neftçi”dəki fəaliyyətinə görə Anderssona təşəkkür edirik.

 

Bu qərarın komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar olmadığını bildirərək, Yens Anderssona gələcək karyerasında uğurlar arzulayırıq!”

Tacxeber.com

Oxşar xəbərlər