• 24 Noyabr 2024 02:23

Gələn ilin büdcəsi: Pensiya və maaşlar bu qədər artacaq

 

Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. 

 

Tacxeber.com-ın məlumatına görə, sosial müdafiə və sosial təminat üzrə xərclərin büdcədə xüsusi çəkisi 12,6 faiz olacaq.

 

Müqayisə üçün bildirək ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclər üçün 4 milyard 391 milyon 430 min 496 manat nəzərdə tutulub.

 

Beləliklə, 2024-cü illə müqayisədə 2025-ci ildə sosial müdafiə və sosial təminat üzrə xərclər 13,8 faiz artırılır.

 

Sosial müdafiə və sosial təminat üzrə xərclərə pensiyalar, sosial müavinətlər, əmək haqları və s. aiddir.

 

Qeyd edək ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin artırılması bu sahədə nəzərəçarpacaq artımın olacağına ümid yaradıb. Ekspertlər hesab edirlər ki, pensiyalar, sosial müavinətlər, əmək haqları, o cümlədən, bu kateqoriyaya daxil olan xərclər yanvar ayından etibarən artırılacaq.

 

Artımın məbləğininin minimum 10 faiz olacağı gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər