“Hətta dostunuz yazsa belə zəng edib dəqiqləşdirin” – Vəkil dələduzluq sxemindən yazdı
“Deməli, kiminsə teleqram hesabını ələ keçirib onun kontaktlarında olan tanışlarına mesaj yazıb pul istəyirlər. Pulun köçürülməsi üçün yerli kart nömrəsi verirlər. Həmin kart nömrəsi isə p2p kriptovalyuta alqı-satqısı ilə məşğul olan şəxslərin olur”.
Tacxeber.com xəbər verir ki, bunu vəkil Absələddin Əliyev sosial şəbəkə hesabında yazıb.