• 19 Sentyabr 2024 19:59

Kişi və qadın lüt halda velosiped yürüşünə çıxdı

Böyük Britaniyada dost olan qadın və kişi 418 kilometr yolu velosipedlə çılpaq şəkildə qət etmək qərarına gəlib.

 

Tacxeber.com xəbər verir ki, 36 yaşlı Nil Koks və 25 yaşlı rəfiqəsi Co Antik tam çılpaq 6 günlük səfərə çıxıblar.

Bu yürüşün məqsədi onların dediyinə görə, Cənub-Şərqi İngiltərənin təbiəti ilə təbii vəhdət təşkil etmək idi.

 

Cütlük gecələri kempinqdə və oteldə qalıb. Bəzi şəhərlərdə isə hətta mağaza və barlara çılpaq şəkildə girib alış veriş ediblər.

Koks bildirib ki, olduqları yerlərdə çox insanlar onlara müsbət reaksiya göstərib.

 

“Bristol şəhərində küçədə və yollarda bizə demək olar, biganə idilər. Heç kim barmağı ilə bizi göstərmirdi. Əslində belə də olmalıdır”.

Koks və Atik hava çox soyuq olanda üzərlərinə bir şeylər atdıqlarını etiraf ediblər.

 

Onlar bildirib ki, naturizm öz bədənini sevməyə və özünə güvəni artırmağa kömək edib.

Tacxeber.com

Oxşar xəbərlər