Rusiyadakı qanunsuz miqrantlar bütün hüquqlardan məhrum ediləcək
Rusiyaya gedən qanunsuz miqrantlar ailə qura, bank və dövlət xidmətlərindən istifadə edə bilməyəcəklər.
Tacxeber.com xəbər verir ki, bunu RF daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy “Kommersant”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyada qeyri-qanuni yaşayan əcnəbilərin reyestri yaradılır.