• 20 Sentyabr 2024 10:54

Ruslara yazığım gəlir: izləyir və məhv edirik – Leks

Kursk vilayətindəki hücum Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki mövqeyini yaxşılaşdırıb.

 

Bu barədə “Bild” nəşrinin jurnalisti Yulian Röpke məlumat yayıb.

Onun sözlərinə görə, Xarkov vilayətində rusların qarşısında Ukrayna ordusunun “Axilles” zərbə dronları batalyonunun daxil olduğu 92-ci briqadası dayanıb.

 

Bildirilib ki, briqadanın 500 döyüşçüsü kamikadze dronların köməyi ilə rus hərbçi və texnikalarını məhv edir. Onların arasında alman PUA-ları da var.

“Mənim rus əsgərlərinə yazığım gəlir. Amma vəziyyət elədir ki, onlar bizim ölkəmizi tərk etməlidir. O zaman onları izləməyə ehtiyac qalmaz. Bizim Kursk istiqamətindəki əməliyyatımız rusların Xarkova hücumunu azaldıb. Yalnız 3 həftə əvvəl onlar böyük hücuma keçməyə cəhd etdilər. Onda da 11 tank və zirehli transportyordan 10-nu məhv etdik”, – “Leks” kod adlı ukraynalı döyüşçü Röpkeyə açıqlamasında deyib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər