Bu peşənin sahibləri RİSK ALTINDA
Ürək xəstəlikləri baxımından ən riskli peşələr siyahısında ilk yeri 56 faizlə həkimlər tutur.
Tacxeber.com xəbər verir ki, onları 50 faizlə ikinci yerdə sürücülər, üçüncü yerdə isə 36 faizlə pilotlar tutur. Menecerlərdə 30%, idmançılarda isə 28% risk var.
Ümumilikdə Türkiyəni təmsil edən İstanbul, İzmir və Ankaradakı universitetlərdə, təhsil və araşdırma xəstəxanalarında çalışan 50 dosent və professorla aparılan araşdırmada ürək xəstələrinin profili təhlil edilir və iş həyatının ürək sağlamlığına və peşələrinə təsiri üzə çıxarılır.
Araşdırma ilə bağlı maraqlı məlumatlar təqdim edirik:
* Həkim və sürücülük infarkt riski ən yüksək olan peşələr arasındadır.
* İnfarkt hallarına ən çox bazar ertəsi səhərləri rast gəlinir.
* Risk faktorları arasında 92% ilə siqaret ən böyük paya sahib olduğu halda, iş həyatı baxımından stress faktoru %100 ilə birinci yerdədir
* Ürək xəstələrinin %52-si obezdir.
* Ürək xəstələrinin 72%-i oturaq həyat tərzi keçirir. 65% stress altında işləyir.
* Ürək xəstələrinin 86%-nin həyatında nizamlı idman və hərəkətlilik yoxdur.
Araşdırmalar göstərir ki, bu gün siqaret, stress, piylənmə və genetik faktorlar ürək xəstəliklərinin əsasını təşkil etməyə davam edir. Araşdırma nəticələrinə görə; Risk faktorları arasında ilk yerdə 92 faizlə siqaret, 80 faizlə ikinci yerdə piylənmə, 70 faizlə 3-cü yerdə stress, 64 faizlə genetik faktorlar 4-cü yerdədir. İş həyatı baxımından risk faktorlarına baxdığımızda 100% nisbətlə stresin cədvəlin başında olduğunu, 74% ilə nizamsız və balanssız bəslənmənin, 70% ilə hərəkətsizliyin və işdə sərf olunan vaxtın ikinci sırada olduğunu görürük. 32% ilə trafik. “Araşdırmaların üzə çıxardığı mənzərə göstərir ki, cəmiyyətin bu mövzuda maarifləndirmə üçün nəhəng addımlara ehtiyacı var.
Tədqiqatın nəticələrinə görə, infarkt halları ən çox bazar ertəsi səhərləri 60% ilə baş verir. Həftənin son günlərində halların sayı azalır. Səhər saatları işlərin pik saatları arasında seçilsə də, ən az hal cümə günü baş verir. Bu vəziyyət bütün dünyada qəbul edilən bir ünsür olan ‘Bazar ertəsi Sindromunun’ tetikleyici ola biləcəyi sualını gündəmə gətirir.