• 24 Noyabr 2024 15:52

20 il əvvəl edilən tatu qaraciyər sirrozuna səbəb oldu

20 il əvvəl edilən tatu Uelsdən olan bir kişidə qaraciyər sirrozuna səbəb olub.

 

Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, Uels sakini Endryu Edi özünü pis hiss edib və döş qəfəsinin infeksiyası şübhəsi ilə həkimə müraciət edib. Həkim xəstənin mədəsinin böyük ölçüdə böyüdüyündən narahat olduğunu bildirib və əlavə müayinə keçirib.

 

Bir sıra qan analizlərindən sonra Endryuya hepatit C-nin səbəb olduğu qaraciyər sirrozu diaqnozu qoyulub. Endryu özü bundan xəbərsiz olub və hesab edir ki, virusa təxminən 20 il əvvəl sağ qoluna tatu vurduran zaman yoluxub.

 

Həyat yoldaşı Julie deyib ki, ərinin xəstəliyi xəbəri tamamilə sürpriz olub. Qadın inana bilmir ki, 20 il ərzində virus sadəcə onun bədənində gizlənib, özünü göstərməyi gözləyib. 8 həftə davam edən müalicə kursu sayəsində Endryu sirozdan qurtula bildib.

Tacxeber.com

Oxşar xəbərlər