• 21 Sentyabr 2024 18:53

Bəhram Rəcəbzadə növbəti döyüşünə çıxır — FOTO

 

Tacxeber.com İdman.biz-ə istinadən xəbər verir ki, 32 yaşlı idmançı ağır çəkidə reytinqin birincisi olan niderlandlı Levi Riqters ilə üz-üzə gələcək.

Görüş Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək. Levi indiyə kimi peşəkar rinqdə 20 görüşdə 18 qələbə, 2 məğlubiyyətlə yadda qalıb. Bu döyüşün qalibi isə “Collision 7” turnirində “kikboksinqin kralı” adlandırılan niderlandlı Riko Verhovenlə dünya kəməri uğrunda döyüşünə çıxacaq. Həmin qarşılaşma dekabrın 7-də Niderlandda keçiriləcək.

Qeyd edək ki, Rəcəbzadə peşəkar rinqdə 72 döyüş keçirib. O, bunların 69-da qələbə qazanıb, 3-də isə məğlub olub.

Oxşar xəbərlər